Özümüzü və uşaqlarımızı fobiyalardan necə qoruyaq? | JURNAL Psixologiya və Konsultasiya Mərkəzi

Özümüzü və uşaqlarımızı fobiyalardan necə qoruyaq?

Özümüzü və uşaqlarımızı fobiyalardan necə qoruyaq?

 

Jurnal.pcc.az

Qorxu nədir, nədən yaranır, özümüzü və uşaqlarımızı qorxudan necə qoruyaq? Bu suallar bir coxlarını maraqlandırır. Əslində qorxu özünü qoruma instinktinə əsaslanır və qoruyucu xarakter daşıyır.Ümumilikdə qorxu emosiyası təhlükə stimuluna cavab olaraq yaranır.Qorxu zamanı ali sinir sistemi tərəfindən müəyyən fizioloji dəyişikliklər baş verir.Bunlara nəbzin,tənəffüsün tezləşməsi,mədə şirəsinin ifrazı,arterial təziqin göstəricilərində dəyişikliklər və s. aid etmək olar.

Qorxu anlayışı, onu dərk etmə həyat təcrübəsindən, şəxsiyyətlərarası münasibətlərdən formalaşır. Yaş ötdükcə uşağın nə vaxtsa laqeyd olduğu qıcıqlandırıcılar təhlükəli xarakter daşıyımağa başlayır. Uşaq ətraf mühiti dərk etdiyinə görə təhlükənin haradan gəldiyin idə anlamağa və ondan qorxmağa başlayır.

Uşaqlarda qorxular yaş ötdükcə dəyişməyə başlayır. Uşaqlar ən çox ana və atalarını itirməkdən qorxurlar,daha sonra qaranlıqdan, təklikdən, xəyali qorxunclardan, yıxılmaqdan, hündürlükdən, ölüm qorxusu, məktəb qorxusu və s.rast gəlinir. Uşağın hər bir qorxusu yersiz deyil.xəyali qorxucular,canavar  yersiz olsada hündürlükdən qorxma uşağa lazım olan bir reaksiyadır. Əslində uşaq hündürlükdən yıxılıb yaralana biləcək təhlükəsi hiss etdiyinə görə qorxur.

Bəzən isə uşağda yaranan qorxulara onun ətrafında olan böyüklər səbəb olur. Bunlara təlqin olunmuş qorxular deyilir.Ə trafda olan böyüklər təhlükəni uşağa xüsusi emosianallıqla qeyd edən zaman qeyri- ixtiyari uşağı qorxu ilə yoluxdururlar. Uşaq mürəkkəb cümlənin əsasən iki hissəsini əvvəli və axırını qəbul edir. Məsələn; ”yaxınlaşma-yıxılarsan”,   “götürmə-yanarsan”,   “dəymə-dişliyər”,   “qapını acma-yad əmi  səni oğurluyar.”

Balaca uşaq hələ bu cümlələrin nəticəsini anlamır. Amma o artıq həyəcan siqnalını hiss edir və təbiiki onun davranışını tənzimləyən qorxu reaksiyası əmələ gəlir. Sadəcə valideyinlər ehtiyac olmadan, ehtiyyat üzündən uşaqlarını qorxudanda uşaqda hərəkətlərində kor təbiilik yaranır və özünə güvəni itirir. Elə bu vaxt qorxular məhdudiyyətsiz artmağa başlayır. Uşaq isə daha gərgin, ehtiyatlı və sıxıntılı olur.

Təlqin olunmuş qorxulara həmçinin çox narahat ailələrdə yaranan qorxular aiddir. Uşağın yanında gedən ölüm-itim, xəstəlik, yanğın, təbii fəlakətlər haqqında söhbətlər onun iradəsindən asılı olmayaraq psixikasında həkk olunur.

Yuxarıda qeyd etdiyimiz kimi qorxu təhlükələrdən qorunma üçün əslində hər insanda olması gərək olan bir reaksiyadır. Lakin qorxuların fobiyaya çevrilmək təhlükəsi olur. Hansısa bir vəziyyətdən əmələ gələn məntiqsiz qorxulara fobiyalar deyilir. Fobiyalar insanın normal yaşayışına problemlər yaradır. əktəblidirsə məktəb həyatına, iş adamıdırsa işinə narahatcılıq yaradırsa deməli qorxu artıq fobiyaya cevrilmişdir. Məsələn bir iş adamında təyyarəyə minmə qorxusu var. Amma onun iş görüşməsinə görə başqa bir ölkəyə təyyarə ilə uçması vacibdir. Həmin insanın təyyarə qorxusuna görə o hətta işini də itirə bilər. Buna görə də insan fobiyalardan azad olması ücün mütləq psixoloji yardım almalıdırlar.

 

Ülkər   Nadirova

PCC-nin uşaq  psixoloqu

4 Responses to “Özümüzü və uşaqlarımızı fobiyalardan necə qoruyaq?”
  1. Sevinc 6 September 2011 at 11:33 am #

    Bu cür yazılar cəmiyyətə çatdırmaqla böyük işlər görürsünüz. Məqalənin müəllifi və jurnalın kollektivinə təşəkkür edirəm. Davamını gözləyirəm.

  2. Elgul Eyvazova 6 September 2011 at 4:31 pm #

    Buyurun Sevinc xanim,jurnalimiz adindan biz tesekkur edirik. Her zaman irad ve tekliflerinizi gozleyirik.

  3. Humay 9 September 2011 at 4:57 pm #

    Men de isterdim ki,valideynler usaqlarina daha cox diqqet etsinler ve eger onlarin nedense qorxulari varsa,bu problemi hell etmeye calissinlar.
    Menim de usaq vaxti qorxularim olub,lakin hec kim bunu bilmirdi.

  4. kamilə 17 September 2011 at 7:27 pm #

    Düşünməyə səbəb olacaq bir məqalədir. Valideynlər bundan faydalana bilsələr gözəl olardı.

Leave a Reply

You must be logged in to post a comment.